Bank Of Baku

Azərbaycanda səfərdə olan amerikalı konqresmen Robert Veksler müxalifət liderləri ilə görüşüb

Azərbaycanda səfərdə olan amerikalı konqresmen Robert Veksler müxalifət liderləri ilə görüşüb
# 09 yanvar 2008 09:08 (UTC +04:00)
Azərbaycanda səfərdə olan amerikalı konqresmen, Demokrat Partiyasının üzvü Robert Veksler bu gün müxalifət partiyalarının liderləri ilə görüş keçirib. “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, görüşdə ondan başqa Müsavat başqanı İsa Qəmbər, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət, AXCP sədri Əli Kərimli iştirak edib. Görüşdə Azərbaycanda demokratik vəziyyət, regional proseslər, qarşıdan gələn prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib. Qeyd edək ki, Robert Veksler ABŞ Konqresinə 6 dəfə üzv seçilib və onun adı 50 fəal konqresmenin siyahısına daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR