Bank Of Baku

Eldar Namazov: “Keçirmək istədiyimiz mitinqlər əhali ilə görüşlər şəklində davam etdiriləcək”

Eldar Namazov: “Keçirmək istədiyimiz mitinqlər əhali ilə görüşlər şəklində davam etdiriləcək”
# 09 yanvar 2008 09:09 (UTC +04:00)
Söz və mətbuat azadlığı ilə bağlı ictimai qurumların keçirmək istədikləri mitinqlər əhali ilə görüşlər şəklində davam etdiriləcək. Bu barədə APA-ya məlumat verən “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov bildirib ki, buna səbəb şəhər rəhbərliyinin aksiyaların keçirilməsinə icazə verməməsidir. Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) sorğu ilə müraciət etdiklərini bildirən E. Namazov şəhər rəhbərliyindən kütləvi aksiyalar üçün ayrılmış yerlərin siyahısının bir daha açıqlanmasının xahiş edildiyini deyib: “Həmin siyahıda dörd yer göstərilib. Amma şəhər rəhbərliyinin aksiyalarla bağlı son qərarlarından görünür ki, mitinqlər üçün yalnız bir yer saxlanılıb. Biz sorğuya cavab verilənə kimi görüşlər keçirəcəyik və cavabdan sonra mitinqin keçirilməsinə çalışacağıq”. Eldar Namazov həmçinin, Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə bağlı məhkəməyə müraciət edildiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR