Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan tərəfi hər hansı beynəlxalq missiyanın ölkəmizə səfərinin əleyhinə deyil”

Səməd Seyidov: “Azərbaycan tərəfi hər hansı beynəlxalq missiyanın ölkəmizə səfərinin əleyhinə deyil”
# 09 yanvar 2008 10:08 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov verib. O, belə bir addım atılmasının bu istiqamətdə konstruktiv nailiyyətə səbəb olacağına inanmadığını bildirib: “İnanmıram ki, bu addımla konstruktiv bir nailiyyət əldə oluna bilər. Hesab edirəm ki, prezidentin imzaladığı son əfv fərmanı çox geniş, ətraflı, sözün əsl mənasında humanist addımdır. Əfv fərmanı ilə həbsdə olan jurnalistlərin böyük bir qismi azadlığa buraxılıb. Bu fərmanın müsbət, çox böyük təsiri olacaq. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası bu əfv fərmanına öz mövqeyini bildirib”.
Azərbaycan nümayəndə heyətinin AŞ PA prezidenti postunda kimi görmək istədiyi ilə bağlı sualı cavablandıran Səməd Seyidov bu istiqamətdə müzakirələrin davam etdiyini bildirib: “Hələlik Avropa Şurası seçkilərdə kimin iştirak edəcəyini müəyyənləşdirməyib. Avropa Şurası bununla bağlı qərara gəlməzdən əvvəl hansısa ölkənin qərar qəbul etməsi elə də düzgün olmazdı”. Cənubi Qafqazda mədəni-tarixi abidələrin qorunması üzrə missiyanın formatının dəyişəcəyi məsələsinə münasibət bildirən Səməd Seyidov qeyd edib ki, Azərbaycan tərəfi hər hansı beynəlxalq missiyanın ölkəmizə səfərinin əleyhinə deyil: “Sadəcə, hər hansı ölkəyə səfər, o cümlədən bu missiyanın səfəri də qəbul olunmuş beynəlxalq qanunlar çərçivəsində həyata keçirilməlidir. Səfərin təşkil olunması prinsipləri var, o da ondan ibarətdir ki, Dağlıq Qarabağa getmək istəyənlər Azərbaycanın nəzarətində olan ərazidən ölkəmizin nəzarətində olmayan hissəsinə keçməlidirlər. Başqa variantlar bizim üçün qəbul olunmazdır. Biz heç bir problem yaratmırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR