Bank Of Baku

Tomas Hammarberqin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı yaxın günlərdə açıqlanacaq

Tomas Hammarberqin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabatı yaxın günlərdə açıqlanacaq
# 09 yanvar 2008 13:06 (UTC +04:00)
Bu barədə APA-ya Tomas Hammarberqin Strasburqdakı ofisindən məlumat verilib. Ofisdən bildiriblər ki, hesabat faktiki olaraq hazırdır: “Sənəd hazırda bu hesabata müvafiq qeydləri ola biləcək Azərbaycan hökuməti ilə razılaşdırılır. Bundan başqa, sənəd üzərində bəzi texniki işlər aparılır, səhvlərin düzəldilməsi işi gedir”. Tomas Hammarberq mandatına uyğun olaraq hesabatın eyni zamanda Avropa Şurası Nazirlər Kabinetinə və AŞ PA-ya təqdim edəcək: “Təqdimatdan sonra hesabatın müzakirəsi keçiriləcək. Azərbaycanın qurumdakı daimi nümayəndəliyinin rəhbəri sənədlə bağlı öz fikir və iradlarını söyləyə bilər. Bəzən sənəd Nazirlər Kabinetinə həmin ölkənin şərhləri ilə birlikdə təqdim olunur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR