Bank Of Baku

Martda Bakıda NATO Parlament Assambleyasının “Rouz-Rout” seminarı keçiriləcək

Martda Bakıda NATO Parlament Assambleyasının “Rouz-Rout” seminarı keçiriləcək
# 09 yanvar 2008 13:21 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri komissiyasının üzvü Səyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, seminarda Xəzər dənizinin təhlükəsizliyi, alternativ enerji mənbələri, enerji təhlükəsizliyi və s. bu kimi məsələlərin müzakirə olunması planlaşdırılır: “Bu tədbirə hazırlıq məqsədi ilə NATO Parlament Assambleyası baş katibinin müavini dünən Bakıya gəlib. Hazırda o, müvafiq qurumlarla seminarın təşkilinə dair müzakirələr aparır”. S. Novruzovun sözlərinə görə, seminarda 30-dan artıq ölkədən nümayəndələr, həmçinin NATO Parlament Assambleyasının baş katibi Devid Hobbs və alyansın digər rəsmi şəxsləri iştirak edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR