Bank Of Baku

Cavad Derəxti: “Dünya Azərbaycanlıları Konqresi daxilində yaranan problem həllini tapmaqdadır”

Cavad Derəxti: “Dünya Azərbaycanlıları Konqresi daxilində yaranan problem  həllini tapmaqdadır”
# 09 yanvar 2008 13:27 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresi daxilində yaranan problem öz həllini tapmaqdadır”. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü, qurum daxilində narazılardan ibarət qrupun rəhbəri Cavad Derəxti APA-ya açıqlamasında bildirib ki, ötən ay İsveçdə səfərdə olan DAK sədrinin müavini Sabir Rüstəmxanlı ilə görüşləri olub. Görüşdə narazılığın səbəbləri araşdırılıb və problemin müzakirələr yolu ilə həll olunması məqsədəuyğun hesab edilib. Onun sözlərinə görə, buna baxmayaraq, DAK-ın növbədənkənar qurultayının keçirilməsi məsələsi gündəmdədir. C. Derəxti narazılardan ibarət qrupun bir həftə sonra İsveçdə toplantı keçirəcəyini deyib: “DAK-ın parçalanması ilə bağlı məsələ artıq bağlanıb və problemlər sivil yolla təşkilatın növbədənkənar qurultayında müzakirə olunmalıdır. Demokratik Dünya Azərbaycanlıları Konqresi ilə DAK-ın birləşməsi məqsədilə bu ilin mayında keçirilməsi nəzərdə tutulan qurultayın isə əleyhinəyik. Öncə DAK öz daxilində problemi həll etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR