Bank Of Baku

Əli Orucov: “Eldar Namazovun AMİP sədri olacağı barədə məlumatlar əsassızdır”

Əli Orucov: “Eldar Namazovun AMİP sədri olacağı barədə məlumatlar əsassızdır”
# 09 yanvar 2008 13:32 (UTC +04:00)
“Azərbaycan Milli İstiqlal Partiyasına yeni sədr partiya üzvləri sırasından seçiləcək”. Bu açıqlamanı APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun partiyaya sədr gətiriləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən verib. Onun sözlərinə görə, bunlar əsası olmayan fikirlərdir: “Bizim partiyanın Eldar Namazovla normal münasibətləri var, amma bununla bağlı nə partiya daxilində, nə də kənarda onun sədrliyə gətirilməsi ilə bağlı hər hansı təklif irəli sürülməyib. Partiyanın sədrliyinə namizəd olacaq şəxs AMİP üzvlərindən biri olacaq. Biz hesab edirik ki, partiya daxilində sədrliyə kifayət qədər layiqli şəxs var”.
E. Namazov da yayılan məlumatların həqiqətəuyğun olmadığını deyib: “Bizim AMİP-lə əməkdaşlığımız olub, neçə ildir bu əməkdaşlıq davam etdirilir. Amma nə partiya tərəfindən mənə belə bir təklif gəlib, nə də mənim tərəfimdən təşəbbüs olub. Bu, bəzi şəxslərin fərziyyəsi ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR