Bank Of Baku

Seçici siyahılarının dəqiqləşdirilməsinə start verilib

Seçici siyahılarının dəqiqləşdirilməsinə start verilib
# 09 yanvar 2008 13:35 (UTC +04:00)
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq aşağı seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başlayıblar. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, məntəqə seçki komissiyalarında aparılacaq siyahıların dəqiqləşdirilməsi prosesində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və pasport qeydiyyatı idarələri də iştirak edəcək. Proses çərçivəsində ötən ildən bəri yaşayış yerini dəyişmiş və səsvermə yaşına çatmış şəxslərin adları yeni siyahılara salınacaq, dünyasını dəyişmiş, qeydiyyatdan çıxmış şəxslərin adı isə siyahıdan çıxarılacaq. Proses prezident seçkilərinə 35 gün qalana kimi davam etdiriləcək. Siyahılar dəqiqləşdirildikdən sonra MSK-nın rəsmi internet saytında yerləşdiriləcək. Qeyd edək ki, ötən ilin məlumatlarına görə, Azərbaycanda 4 milyon 683 min 400 nəfər seçici var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR