Bank Of Baku

Fəqani Məhərrəmov: “AMİP millətçi xəttə qayıdışla bağlı qərar qəbul etməlidir”

Fəqani Məhərrəmov: “AMİP millətçi xəttə qayıdışla bağlı qərar qəbul etməlidir”
# 09 yanvar 2008 14:48 (UTC +04:00)
“AMİP sədrliyinə iddiamı ortaya qoymağımı tələsik addım kimi qiymətləndirən partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun fikirlərini qəbul etmirəm. Artıq partiyanın sədri istefa ərizəsi yazıb və hesab edirəm ki, AMİP-də sədr seçkisi mərhələsi başlayıb”. Bu açıqlamanı APA-ya AMİP-in Goranboy rayon təşkilatının sədri Fəqani Məhərrəmov verib. Onun sözlərinə görə, partiya rəhbərliyinin dəyişdirilməsi tələbi ilə başladıqları “ya tamam, ya davam” aksiyasına ilk dəstək verənlərdən biri məhz Əli Orucov olub: “Amma indi o, bu prosesi dayandırmağa cəhd edir. Belə mövqe tutmasına da səbəb odur ki, ola bilsin, sədrliyə iddialılardan biri də Əli Orucov olacaq və artıq bizə rəqib kimi baxır”. F. Məhərrəmov bildirib ki, qurultayda AMİP millətçi xəttə qayıdışla bağlı qərar qəbul etməlidir: “Azərbaycanda bu gün sırf millətçilik prinsiplərindən çıxış edən partiya yoxdur. AMİP millətçilik konsepsiyası olan partiyadır, amma bu istiqamətdə iş görülmür. Azərbaycanda sağçı, solçu, liberal partiyalar var, lakin belə yönümlü elektorat yoxdur. Amma millətçiliyin elektoratı var, partiya yoxdur”. F. Məhərrəmov onu da deyib ki, partiya sədrliyinə ən azı bir il müddətində AMİP üzvü olan şəxs seçilməlidir.
Qeyd edək ki, etibarlı mənbənin APA-ya verdiyi məlumata görə, rayon təşkilatının üzvləri “ya tamam, ya davam” aksiyasına başlayarkən partiya lideri Etibar Məmmədovla görüşüb və ondan dəstək alıblar. Hətta E. Məmmədov F. Məhərrəmovun sədrliyə namizədliyini dəstəkləyəcəyi barədə vəd də verib. Rayon təşkilatının sədri belə bir görüşün olduğunu təsdiqləyib: “Belə görüş olub, orada fikirlərimi Etibar bəyə demişəm, şəxsən mənə heç bir etirazı olmadı və susdu. Susmaq da həmişə razılıq əlaməti hesab olunur”.
Ə. Orucov isə APA-ya bildirib ki, o, hər hansı aksiya ilə bağlı heç kimə dəstək verməyib: “Siyasi Şura hələ sədrin istefasını qəbul etməyib, bunu qəbul edəndən sonra Fəqani bəyin təbliğat aparmağa kifayət qədər vaxtı olacaq. Ona görə yenə də deyirəm ki, indidən təbliğata başlamağa ehtiyac yoxdur”. E. Məmmədovla F. Məhərrəmovun görüşünə gəldikdə, Ə. Orucov partiya lideri ilə rayon təşkilatının sədri arasında olan görüşün qeyri-adi olmadığını bildirib: “Etibar Məmmədov heç vaxt kiməsə xüsusi dəstək vermir, göstərilən fəaliyyətə qiymət verir. Yəni hər hansı ayrı-seçkilikdn söhbət gedə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR