Bank Of Baku

Araz Əzimov konqresmen Robert Vekslerlə görüşüb

Araz Əzimov konqresmen Robert Vekslerlə görüşüb
# 09 yanvar 2008 15:58 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ konqresmeni Robert Vekslerlə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan tərəflər ikitərəfli əlaqələrin yeni müstəviyə keçməsini təqdirəlayiq hal kimi qeyd ediblər. Onlar siyasi və təhlükəsizlik sahəsində dialoqu və enerji sahəsində əməkdaşlığı müsbət qiymətləndiriblər. Görüşdə qarşılıqlı əməkdaşlığın digər aspektlərinə də toxunulub və regional təhlükəsizlik məsələləri müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR