Bank Of Baku

AXCP-nin Naxçıvan Muxtar Respublika təşkilatı yeni qərargaha köçür

AXCP-nin Naxçıvan Muxtar Respublika təşkilatı yeni qərargaha köçür
# 10 yanvar 2008 10:01 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Naxçıvan Muxtar Respublika təşkilatı bu gün yeni qərargaha köçəcək. Təşkilatın sədri Asəf Quliyevin APA-ya verdiyi məlumata görə, artıq İqtisadi İnkişaf Nazirliyinin yerli şöbəsi ilə müqavilə imzalanıb və Nizami küçəsi-41 ünvanında yerləşən Yazıçılar Birliyinin keçmiş ofisi partiyaya verilib. Yeni qərargahdakı şəraitin əvvəlki ilə müqayisədə daha yaxşı olduğunu bildirən A. Quliyev deyib ki, sadəcə, yer bir qədər qapalıdır: “Əvvəlki ofis birinci mərtəbədə idi, qapısı birbaşa küçəyə açılırdı və həyəti vardı. İndiki ofis isə ikinci mərtəbədə, qapalı yerdə yerləşir. Amma sahəsinə görə fərq yoxdur, hər ikisi 44 kvadratmetrdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR