Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək

Azərbaycanın Lənkəran rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək
# 10 yanvar 2008 10:21 (UTC +04:00)
20 Yanvar faciəsinin 18-ci ildönümü ilə əlaqədar Azərbaycanın Lənkəran rayonunda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. APA-nın cənub bürosunun məlumatına görə, yanvarın 17-də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş Lənkəran Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kyokuşin-karate idman növü üzrə şəhər turniri keçiriləcək. Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və “Lənkəran” İdman Klubunun təşkilatçılığı ilə keçiriləcək yarışın məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini aşılamaq, onların fiziki çevikliyini və ustalıq səviyyəsini artırmaq, milli ordu üçün sağlam əsgərlər yetişdirməkdir. Yarışlarda müxtəlif çəki dərəcələrində fəxri yer tutan idmançılar təşkilat komitəsinin diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) ictimai təşkilatlarla və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə isə rayonun bütün idarə və müəssisələrində, mədəniyyət və səhiyyə təşkilatlarında matəm mərasimləri təşkil olunacaq. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Şəhidlər” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək, Mərkəzi Şəhər Kitabxanasında faciəyə həsr olunmuş foto, rəsm, kitabların sərgisi keçiriləcək. Yanvarın 19-da rayonun ümumtəhsil məktəblərində, Lənkəran Dövlət Universitetində (LDU), Humanitar Kollecdə, Tibb Texnikumunda və Peşə Liseyində ilk dərslər 20 Yanvar faciəsinə həsr olunacaq. Yanvarın 20-də isə ŞİH aparatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri şəhərdəki Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Faciə ilə bağlı şəhid ailələrinə yardım paylanacaq, məscidlərdə azadlıq mücahidlərinin ruhuna dualar oxunacaq, ehsanlar veriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR