Bank Of Baku

Azərbaycanda Solçu Partiyaların Koordinasiya Şurası yaradılıb

Azərbaycanda Solçu Partiyaların Koordinasiya Şurası yaradılıb
# 10 yanvar 2008 10:29 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyası (AKP), Vahid Azərbaycan Kommunist Partiyası (VAKP) və Azərbaycan Kommunist Partiyasının (marksizm-leninizm platformasında) təşəbbüsü ilə Solçu Partiyaların Koordinasiya Şurası yaradılıb. AKP sədri Rüstəm Şahsuvarov APA-ya bildirib ki, Azərbaycanın bütün sol yönümlü partiyaları bu qurumda bərabər əsaslarla təmsil oluna bilər. Onun sözlərinə görə, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) da bu şurada təmsil olunması inkişafa təkan verər. R. Şahsuvarov bir qədər əvvəl partiyanı parçalamaqda ittiham etdiyi Rauf Qurbanovu da Koordinasiya Şurasında görmək istədiyini söyləyib: “Rauf Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyası adlı qurum da burada təmsil oluna bilər. Arada olan incikliklər aradan qaldırılmalı və qarşılıqlı anlaşma şəkilində əməkdaşlıq davam etdirilməlidir. Özünü sol yönlü və kommunist hesab edən hər bir partiya üçün Koordinasiya Şurasının qapısı açıqdır”. R. Qurbanov isə Solçu Partiyaların Koordinasiya Şurasının həmin qurumlar tərəfindən yaradılmasını absurd hesab etdiyini bildirib: “Telman Nurullayev və Rüstəm Şahsuvarov ayrı-ayrı vaxtlarda AKP-də pozuculuq fəaliyyəti ilə məşğul olan insanlardır. 1997-ci ildə Nurullayev, Şahsuvarov isə 2007-ci ilin dekabrın 23-də partiya sıralarından ifşa olunaraq, çıxarılan şəxslərdir. Bunların kommunistlərin adından danışmaq səlahiyyətləri yoxdur. Şahsuvarov da imkanları tükəndiyindən şura yaratmaq istəyir. Onların bu hərəkətləri kommunist hərəkatına zərbə vuracaq məsələdir”. ASDP sədri Araz Əlizadə isə bu partiyalarla bir sırada olmağı məqsədəuyğun hesab etməyib: “Bizim onlarla bir sırada yerimiz yoxdur. Qoy öz işləri ilə məşğul olsunlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR