Bank Of Baku

Rüstəm Şahsuvarov: “Rauf Qurbanov kommunist düşərgəsini parçalamaq istəmirsə, partiyanın adında dəyişiklik etsin”

Rüstəm Şahsuvarov: “Rauf Qurbanov kommunist düşərgəsini parçalamaq istəmirsə, partiyanın adında dəyişiklik etsin”
# 10 yanvar 2008 10:53 (UTC +04:00)
“Rauf Qurbanov və onun yoldaşları kommunistləri parçalamaq istəmirlərsə, partiyanın adında dəyişiklik etsinlər və bu fərq göstərilməklə Ədliyyə Nazirliyinə müraciət etsinlər. Ancaq o, münaqişə istəyirsə, biz heç nə edə bilmərik”. Bu sözləri Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rüstəm Şahsuvarov APA-ya açıqlamasında bildirib. O, R. Qurbanovun rəhbərlik etdiyi Kommunist Partiyasının onlara olan mənfi münasibətində müsbət dəyişiklik olacağına inandığını da deyib: “Yəqin onlar başa düşəcəklər ki, kommunistləri bu şəkildə bölmək olmaz. Biz xırda emosiyalarla yaşamırıq və AKP sədri kimi Azərbaycanda sol hərəkatın gələcəyini düşünürük. Ona görə də xırda emosiyalara uymaq istəmirəm və hamını da buna çağırıram”. R. Şahsuvarov R. Qurbanovun rəhbərlik etdiyi qurumun dövlət qeydiyyatına Azərbaycan Kommunist Partiyası adı ilə alınmasına da münasibət bildirib: “Biz də oktyabrın 14-də keçirilən qurultayın sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişik. İnanırıq ki, dövlət bununla bağlı hüquqi və ədalətli qərar çıxaracaq və ümumi vəziyyətdə heç bir dəyişiklik olmayacaq”. R. Qurbanov isə adın dəyişdirilməsi ilə təklifi əsassız adlandırıb: “AKP-nin yeganə varisi Rauf Qurbanovun sədri olduğu partiyadır. Rüstəm Şahsuvarovun ətrafında heç bir rayon təşkilatı yoxdur. Beynəlxalq Kommunist Partiyası da Rauf Qurbanovun sədri olduğu qurumu Azərbaycan Kommunist Partiyası kimi tanıyır. Bu məsələyə artıq yekun vurulub, Rüstəm Şahsuvarov və onun ətrafında olan bir qrup şəxs də partiyadan çıxarılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR