Bank Of Baku

Əli Əliyev: “Seçkilərdə iştirakımız blokda keçiriləcək müzakirələrdən və ilin birinci yarısında proseslərin gedişindən asılı olacaq”

Əli Əliyev: “Seçkilərdə iştirakımız blokda keçiriləcək müzakirələrdən və ilin birinci yarısında proseslərin gedişindən asılı olacaq”
# 10 yanvar 2008 11:44 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) 2008-ci il üçün fəaliyyət proqramını qəbul edib. Partiyanın sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, proqramda əsasən bu il müddətində VİP-in təşkilati işinin gücləndirilməsi və bu prosesin prezident seçkilərinə kimi yekunlaşması nəzərdə tutulub. Partiyanın yeni rayon təşkilatlarının yaradılması, prezident seçkilərində fəal olaraq “Azadlıq” bloku çərçivəsində iştirak da prioritet məsələlərdəndir. Ə. Əliyev bildirib ki, seçkilərlə bağlı qərar “Azadlıq” blokunda qəbul olunacağı üçün proqramda seçki məsələsi ilə bağlı konkret müddəalar yoxdur: “Seçkilərdə iştirakımız blokda keçiriləcək müzakirələrdən və ilin birinci yarısında proseslərin gedişindən asılı olacaq. Biz daim seçkilərə hazır olan qurumlarıq və bu fəaliyyəti nəzarətdə saxlayırıq. Seçkilərə qatılmaq qəramız olarsa, blokun üzvü olan partiyaların yerli təşkilatlarının koordinasiyasını və işlək vəziyyətdə olmasını nəzərdə tutan tədbirlər var. Boykot və ya iştirak qərarından asılı olmayaraq, bütün hallarda proseslərdə fəal iştirakın tərəfdarıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR