Bank Of Baku

ATƏT sədri İlkka Kanevra: “Fəaliyyətimizin prioritet istiqamətlərindən biri münaqişələrin nizamlanması olacaq”

ATƏT sədri İlkka Kanevra: “Fəaliyyətimizin prioritet istiqamətlərindən biri münaqişələrin nizamlanması olacaq”
# 10 yanvar 2008 11:51 (UTC +04:00)
APA-nın məlumatına görə, İlkka Kanevra bildirib ki, münaqişələrin nizamlanması, böhranlar zamanı vəziyyətin idarə olunması onun ATƏT-ə sədrlik edəcəyi dövrdə əsas fəaliyyət prinsiplərindən olacaq: “ATƏT bu il gözlənilən bütün çətinliklərin öhdəsindən gəlmək üçün bütün siyasi qüvvələrlə əməkdaşlıq etmək niyyətindədir. Əminəm ki, bu təşkilat Avropada təhlükəsizlik və stabilliyin qorunması istiqamətində fəaliyyətini uğurla davam etdirəcək”. ATƏT regionu ölkələrinə səfərlər edəcəyini deyən İlkka Kanevra ilk səfərinin gələn həftə Moldovaya baş tutacağını vurğulayıb. Avropada adi silahlar haqqında sazişi qitənin təməl daşı adlandıran ATƏT sədri tərəfləri bu sazişlə bağlı danışıqları davam etdirməyə çağırıb. İlkka Kanevra çıxışında Əfqanıstan, Tacikistan, trafikinq, ekologiya və başqa məsələlərə də toxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR