Bank Of Baku

Demokratik Azərbaycan Dünyası Partiyası martda növbəti qurultayını keçirəcək

Demokratik Azərbaycan Dünyası Partiyası martda növbəti qurultayını keçirəcək
# 10 yanvar 2008 12:00 (UTC +04:00)
Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) mart ayında növbəti qurultayını keçirəcək. Partiyanın sədri Məmməd Əlizadənin APA-ya verdiyi məlumata görə, hazırda qurultaya hazırlıq gedir, rayon təşkilatlarında konfranslar keçirilir. DADP sədri qurultayda prezident seçkiləri ilə bağlı da qərar qəbul olunacağını bildirib. O, partiyanın prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar verəcəyini deyib. Bundan əlavə, 10 partiyanın birləşdiyi Məşvərət Məclisinin vahid seçki qərargahının yaradılması ilə bağlı partiyalar arasında danışıqlar aparıldığını qeyd edən M. Əlizadə bu qərargahın İ. Əliyevin təbliğatının aparılması işinə yardım edəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR