Bank Of Baku

Tahir Kərimli: “Bu gün müxalifət 2003-də olduğundan on dəfə zəif, iqtidar isə on dəfə güclüdür”

Tahir Kərimli: “Bu gün müxalifət 2003-də olduğundan on dəfə zəif, iqtidar isə on dəfə güclüdür”
# 10 yanvar 2008 12:53 (UTC +04:00)
“Prezident seçkiləri zamanı müxalifət partiyalarının bir araya gələ biləcəyinə şübhə edirəm. Bu qüvvələr bir araya gəlsələr belə, 2003-cü ildəki effekt alınmayacaq”. Bu sözləri APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. O bildirib ki, müxalifətin bir araya gələ və uğur qazana bilməməsinin konkret səbəbləri var: “Açıq deyək ki, müxalifət liderlərinin xarq içərisində böyük dəstəyi yoxdur. Seçkilərdə hər şeyi inam həll edir. Xalqın inanmadığı qüvvələrə səs verəcəyi şübhəlidir. Ola bilər ki, müxalifətin bir hissəsi ortaq mövqeyə gələ bilsin, amma yenə də müxalifətin qələbə şansı yoxdur. Çünki bu gün müxalifət 2003-də olduğundan on dəfə zəif, iqtidar isə on dəfə güclüdür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR