Bank Of Baku

Avropa İttifaqı Azərbaycan prezidentinin əfv fərmanı ilə beş jurnalistin azadlığa buraxılmasını alqışlayıb

Avropa İttifaqı Azərbaycan prezidentinin əfv fərmanı ilə beş jurnalistin azadlığa buraxılmasını alqışlayıb
# 10 yanvar 2008 14:01 (UTC +04:00)
“Avropa İttifaqı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanı imzalanmasını və həbsdə olan 5 jurnalistin azadlığa buraxılmasını alqışlayır. Prezidentin əfv fərmanı Azərbaycanın azad mətbuata dair beynəlxalq normaları yerinə yetirməsi istiqamətində pozitiv addımdır”. Avropa İttifaqı öz bəyanatında həbsdə olan daha üç jurnalistin tezliklə azadlığa buraxılmasını, həmçinin diffamasiya haqqında qanunun qəbulunu arzuladığını bildirib: “Əminik ki, bu kimi siyasi jestlər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR