Bank Of Baku

AŞ PA Cənubi Qafqazda əsir və itkin düşmüş şəxslər üzrə yeni məruzəçi təyin olunmasına ehtiyac duymur

AŞ PA Cənubi Qafqazda əsir və itkin düşmüş şəxslər üzrə yeni məruzəçi təyin olunmasına ehtiyac duymur
# 10 yanvar 2008 14:08 (UTC +04:00)
Bu barədə APA-ya AŞ PA-nın qanunvericilik məsələləri üzrə komitəsindən məlumat verilib. Komitədən bildiriblər ki, sabiq məruzəçi, hollandiyalı parlamentar Leo Platvoetin Cənubi Qafqazda əsir və itkin düşmüş şəxslərlə bağlı hesabatı müzakirələrdən sonra qəbul olunub və hazırda yeni bir məruzəçinin təyin olunmasına ehtiyac yoxdur: “Hesabat Avropa Şurası Parlament Assambleyasının miqrasiya məsələləri komitəsində qəbul olunduqdan sonra qurumun Nazirlər Komitəsinə göndərilib. Miqrasiya məsələləri komitəsi Nazirlər Komitəsindən hesabatı dəyərləndirməyi və bu məsələ ilə bağlı növbəti addımlar atmağı xahiş edib”.
Müraciətdən bir neçə ay keçsə də, hələlik hesabatın taleyindən xəbər yoxdur. AŞ PA-dan APA-ya bildiriblər ki, cavabın gecikməsi prosedur məsələlərin çox olması ilə bağlıdır: “Hər şey Nazirlər Komitəsinin cavabından asılıdır. Məhz bu qurumun tələbi əsasında yeni məruzəçinin təyin olunması, yaxud yeni hesabatın hazırlanması məsələsi gündəmə gələ bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR