Bank Of Baku

Yaqub Abbasov: “Prezident seçkilərində ACP üzvü olmayan namizədi müdafiə etməyəcəyik”

Yaqub Abbasov: “Prezident seçkilərində ACP üzvü olmayan namizədi müdafiə etməyəcəyik”
# 10 yanvar 2008 14:20 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyası (ACP) növbəti prezident seçkilərində partiya üzvü olmayan hər hansı namizədi müdafiə etməyəcək. Bu barədə APA-ya partiyanın sədr müavini Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, bundan əvvəl keçirilən seçkilərdə dəfələrlə analoji addım atılıb, lakin bu addımlar heç vaxt özünü doğrultmayıb. ACP-nin günün reallıqlarına uyğun qərarlar qəbul edəcəyini və birinci növbədə partiya lideri Rəsul Quliyevin Azərbaycana gələrək seçkilərdə iştirakına çalışacağını deyən sədr müavini hakimiyyətin də buna normal yanaşacağına ümid etdiyini bildirib: “Biz tamam başqa qərarlar da qəbul edə bilərik”. ACP-nin hakimiyyətin namizədinə dəstək verməsinin nə qədər mümkün olmasına gəldikdə, Y. Abbasov əvvəlcədən hər hansı fikir söyləmək istəmədiyini bildirib: “Amma biz siyasi reallıqlara uyğun addım ata bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR