Bank Of Baku

Mövsüm Səmədov: “İslam Partiyasının rəhbər strukturlarına gənclər cəlb olunacaq”

Mövsüm Səmədov: “İslam Partiyasının rəhbər strukturlarına gənclər cəlb olunacaq”
# 10 yanvar 2008 14:24 (UTC +04:00)
“İslam Partiyasının rəhbər strukturlarına gənclər cəlb olunacaq, indiyə qədər qismən kənarda qalan partiya üzvləri isə Mərkəzi Aparatın işinə cəlb olunacaq”. Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov APA-ya bildirib ki, son bir neçə ildə bu vəzifəni tutan Rövşən Əhmədlinin həmin posta yenidən təyin olunmamasında heç bir problem yoxdur və bu, şəxsi məsələ deyil. M. Səmədov həmin vəzifəyə layiqli partiya üzvlərindən birinin təyin olunacağını da deyib: “Fevralın ortalarında keçiriləcək partiyanın Baş Məclisinin toplantısında sədrin birinci müavini postuna yeni təyinat olacaq. Rövşən Əhmədlinin bilik və bacarığı isə partiyaya lazımdır. O, hər hansı digər vəzifəyə təyin oluna bilər. Hələlik isə bu məsələ konkretləşməyib”. M. Səmədov Baş Məclisin toplantısında qurumun prezident seçkisində iştirakı məsələsinə də baxılacağını qeyd edib: “Bu problem partiyanın dövlət qeydiyyatına alınmaması ilə bağlıdır. Çünki partiya seçkidə normal şəkildə iştirak etməsi üçün dövlət qeydiyyatına alınmalıdır”. O, partiyanın sənədlərinin 2007-ci ilin avqustunda Ədliyyə Nazirliyinə təqdim olunduğunu da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR