Bank Of Baku

Hafiz Hacıyev prezident seçkisində yenidən namizədliyini irəli sürəcək

Hafiz Hacıyev prezident seçkisində yenidən namizədliyini irəli sürəcək
# 10 yanvar 2008 14:46 (UTC +04:00)
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev prezident seçkisində yenidən namizədliyini irəli sürəcək. MMP sədri APA-ya bildirib ki, artıq MMP-də seçkilərə hazırlıq başlayıb, üzvlər üçün seminar-treninqlər keçirilir. O bu seçkilərdə də radikal müxalifətin qarşısında H. Hacıyevi görəcəyini bildirib: “Çox təəssüf edirəm ki, onlar seçkidə Hafiz Hacıyevin namizədliyini irəli sürüb-sürməyəcəyini hesablamayıblar. Düşünürəm ki, 2008-ci il Azərbaycanda radikal müxalifətin sonu olacaq. Onları 2003-cü ildə elə “nokaut”a salmışam ki, bu günə qədər də ayıla bilməyiblər. 2008-ci ildə isə onlara elə zərbə vuracağam ki, siyasi səhnədən tam silinəcəklər. Azərbaycanda normal iqtidar-müxalifət münasibətlərinin bünövrəsi məhz bundan sonra qoyulacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR