Bank Of Baku

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri 20 Yanvar faciəsinin 18-ci ildönümünə dair tədbirlər planını təsdiqləyib

Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri 20 Yanvar faciəsinin 18-ci ildönümünə dair tədbirlər planını təsdiqləyib
# 10 yanvar 2008 15:43 (UTC +04:00)
APA-nın “AzərTAc” Dövlət Agentliyinə istinadən verdiyi məlumata görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və İnternet şəbəkələrində 20 Yanvar faciəsi barədə materiallar verilməsi nəzərdə tutulur. Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardımlar ediləcək, Şəhidlər Xiyabanı ərazisində təmizlik-abadlıq işləri görüləcək. Dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəlikləri, həmçinin Azərbaycan icmaları müvafiq tədbirlər həyata keçirəcək. Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR