Bank Of Baku

Gürcüstan parlamentinin deputatı azərbaycanlılar yaşayan regionda kütləvi saxtakarlığa yol verildiyini bildirib

Gürcüstan parlamentinin deputatı azərbaycanlılar yaşayan regionda kütləvi saxtakarlığa yol verildiyini bildirib
# 11 yanvar 2008 08:43 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, K. Kukava bildirib ki, Levan Qaçeçiladze başqa televiziyaya dəvət olunduğu üçün “İctimai TV”yə gələ bilməyib. Deputat çıxışında seçki saxtakarlığına dair faktlar açıqlayıb. O, Kobuletidəki 81 saylı seçki dairəsinin 4 saylı məntəqəsinin yekun protokolunun orijinal nüsxəsini nümayiş etdirib. Protokolda Mixail Saakaşvilinin 273 səs topladığı göstərilib. MSK-nın saytında isə onun həmin məntəqədə 673 səs aldığı yazılıb. Batumidəki 79-cu dairənin 14-cü məntəqəsində də analoji vəziyyət yaranıb. Rəsmi protokolda M. Saakaşvilinin 175 səs aldığı göstərildiyi halda, MSK-nın saytında onun 775 səs topladığı qeyd olunub. K. Kukava deyib ki, MSK Kvemo Kartli və Samtsxe-Cavaxetiya regionlarında Şevardnadzenin dövründə olduğu kimi, seçicilərin 100 faizinin səs verdiyini elan edib: “MSK Bolnisidəki 46 saylı seçki məntəqəsində 1300 nəfərin səs verdiyini açıqlayıb. Ancaq Bolnisidə kəndlər faktiki olaraq boşalıb. Bu kəndlərin əhalisinin yarısından çoxu Azərbaycanda və ya Rusiyada çörəkpulu qazanır”. K Kukava hakimiyyəti seçki məntəqələrində aparılmış videoyazıları araşdırmağa və səsvermədə iştirak etmiş seçicilərin dəqiq sayını müəyyənləşdirməyə çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR