Bank Of Baku

USAİD nümayəndəsi Azərbaycanda keçiriləcək prezident seçkilərinin bütün region üçün vacib hadisə olacağını bildirib

USAİD nümayəndəsi Azərbaycanda keçiriləcək prezident seçkilərinin bütün region üçün vacib hadisə olacağını bildirib
# 11 yanvar 2008 11:03 (UTC +04:00)
“Azərbaycanda qarşıdan gələn prezident seçkiləri bütün region üçün vacib hadisə olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa və Asiya üzrə büro rəhbərinin müavini Duqlas Menarçek deyib. O bildirib ki, beynəlxalq birlik seçkilərin azad, ədalətli keçirilməsi və beynəlxalq normalara uyğun olması üçün prosesi diqqətlə izləyəcək. 2008-ci ildə USAİD-in Azərbaycanda maliyyələşdirəcəyi layihələrin yarıdan çoxunun seçkilərlə bağlı olacağını açıqlayan D. Menarçek seçki ərəfəsində hökumət və vətəndaş cəmiyyətinin sıx əməkdaşlığının vacib olduğunu söyləyib. Qonaq azad və ədalətli seçkilərin keçirilməsi üçün Seçki Məcəlləsinə dəyişiklik edilməsinin vacibliyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR