Bank Of Baku

USAİD-ın direktor müavini: “Azərbaycanla ABŞ arasında imzalanmış beş layihənin maliyyələşməsinə ayrılan vəsaitin artırılmasında təkid edəcəyəm”

USAİD-ın direktor müavini: “Azərbaycanla ABŞ arasında imzalanmış beş layihənin maliyyələşməsinə ayrılan vəsaitin artırılmasında təkid edəcəyəm”
# 11 yanvar 2008 12:15 (UTC +04:00)
“Azərbaycan-ABŞ iqtisadi əməkdaşlıq komissiyasının ötən ilin fevralında Bakıda keçirilmiş ilk iclasında biz beş anlaşma memorandumu imzalamışıq. Mənim Bakıya səfərimin əsas məqsədi bu layihələrin icrası istiqamətində yeniliklərin olub-olmadığını öyrənməkdir”. APA-nın məlumatına görə, bu sözləri USAİD-ın Avropa və Avrasiya bürosunun direktor müavini Duqlas Menarçik deyib. Bu layihələrin böyük gələcəyi olduğunu qeyd edən direktor müavini iqtisadi əməkdaşlıq komissiyasının bu ilin fevralında Vaşinqtonda keçiriləcək ikinci iclasında ilk iclasdan ötən müddət ərzində görülən işlərə dair hesabatla çıxış edəcəyini bildirib: “Bu layihələr çox vacib olduğundan mən Vaşinqtonda onların maliyyələşməsi üçün ayrılan vəsaitin artırılmasında təkid edəcəyəm”. O, bu məsələdə Azərbaycan hökuməti tərəfindən dəstək verilməsinin vacibliyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR