Bank Of Baku

Azərbaycanda əksər siyasi partiyanın qərargahı var - ARAŞDIRMA

Azərbaycanda əksər siyasi partiyanın qərargahı var - <font color=#FF0000>ARAŞDIRMA</font>
# 11 yanvar 2008 13:25 (UTC +04:00)
Fəaliyyət göstərən partiyalardan isə bəzilərini dövlət, yəni Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) tərəfindən ofislə təmin olunublar.
Yeni Azərbaycan Partiyasının Bülbül prospekti 13 ünvanında qərargahla təmin olunub. Partiyanın təchizat şöbəsinin müdiri İlqar Əliyev qərargahın geniş otaqlarının, iclas zalının, texniki təhcizat sisteminin, sürətli internet təminatının, şəbəkənin mövcud olduğunu bildirib.
Azərbaycan Demokrat Partiyası isə 1992-ci ildən Ələşrəf Əlizadə 13 ünvanında yerləşən qərargahı dövlətdən 25 illiyə icarəyə götürülüb. Binaya hər kvartal “Hürriyyət” qəzetilə birlikdə 600 manat icarəhaqqı ödənilir.
Müsavat Partiyası isə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 3097-ci məhəllədəki 4 mərtəbəli binanın iki mərtəbəsində yerləşib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının sözlərinə görə, Dövlət Komitəsi tərəfindən ayrılmış qərargahda “Yeni Müsavat” qəzeti ilə birlikdə yerləşirlər və kommunal xərclərlə birgə hər ay qərargah üçün min manata yaxın rüsum ödənilir.
Demokratik Azərbaycan Dünyası Partiyasının Səttarxan zavodunun Təbriz küçəsi 92-də yerləşən korpusunda 150 kvadratmetrlik qərargahı var. Məmməd Əlizadə bildirib ki, ayda hər kvadratmert üçün 10 manat icarəhaqqı ödənilən qərargah dövlətdən icarəyə götürülüb”.
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə partiyaya dövlət tərəfindən qərargah ayrıldığını, qiymətlərin də məqbul olduğunu deyib.
Vətəndaş Həmrəyliyi Partiyasının qərargahı da dövlət tərəfindən ayrılıb, hər ay icarə haqqı ödənilir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli də onlara qərargahın Dövlət Komitəsi tərəfindən ayrıldığını bildirib. Partiya öz qərargahını “Xalq Cəbhəsi” qəzeti ilə bölüşür.
Müasir Müsavat Partiyası da dövlət tərəfindən 20 otaqlı qərargahla təmin olunub. Partiyanın sədri Hafiz Hacıyevin sözlərinə görə, onlar qərargah üçün 2007-ci ilin sonuna kimi ayda 22 manat, yeni ildən isə 63 manat icarəhaqqı ödəyirlər.
Ana Vətən Partiyası da dövlətdən icarəyə götürdüyü 300 kvadrat metrlik qərargahdan istifadə üçün hər ay dövlətə 1100 manat ödəyir.
Vəhdət Partiyası isə yarandığı gündən Bakı və Kəndlər Birliyi (BKB) ilə birgə Vidadi küçəsi 89-da yerləşən ofisi icarə götürüb və şərait normaldır. Partiya sədri Tahir Kərimli binanın sahibi BKB-nin üzvü olduğuna görə çox cüzi miqdarda kirayə haqqı ödəyirlər. Azərbaycan Liberal Partiyası isə hazırda Həsənbəy Zərdabi küçəsi 78 a ünvanında 3 mərtəbəli binada icarə müqaviləsi ilə yerləşib.
Klassik Xalq Cəbhəsi Partiyasının Ağa Nemətulla 18 ünvanında yerləşən qərargahı isə fiziki şəxsə məxsusdur, partiya burda yalnız kommunal xərcləri ödəyir.
Ədalət Partiyası da C. Hacıbəyli 2 ünvanında yerləşən ofisdə yerləşir və bunun üçün icarəhaqqı ödəmir.
Vətəndaş və İnkişaf Partiyası da Şəmsi Bədəlbəyli 69 ünvanında yerləşən binanın bir neçə otağını icarəyə götürüb. Yer partiya üzvlərinin birinin olduğundan icarəhaqqı çox deyil.
Demokratik İslahatlar Partiyası Neftçilər prospekti 65 ünvanında yerləşən binada yerləşib. Partiyanın mətbuat xidmətinin rəhbəri Ülkər İsmayılova burda icarə müqaviləsi əsasında oturduqlarını deyib.
Ümid Partiyası da özəl birmərtəbəli binanı icarəyə götürüb.
İslam Partiyası Nərimanov rayonunda partiya üzvlərinin birinə aid ofisdə yerləşib və icarə haqqı ödəmir.
Açıq Cəmiyyət Partiyası isə “Bakı Zaman” qəzeti ilə eyni ofisdə yerləşir. Partiyanın 4 otağının olduğunu deyən sədr müavini Yaqub Abbasov təşkilat dövlət qeydiyyatına alınmadığı üçün qərargahla bağlı hökumətə müraciət etmədiklərini deyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası isə bir ildən artıqdır ki, qərargahsız fəaliyyət göstərir. Buna səbəb isə partiyanın Xaqani 33 ünvanındakı qərargahdan çıxarıldıqdan sonra dövlətin Keşlə qəsəbəsində təklif etdiyi ofisdən imtina ediblər.
Azərbaycan Milli İstiqlal Partiyası isə Nəsimi rayonmu ərazisində kiçik ofisdə fəaliyyət göstərir.
Qeyd edək ki, ölkənin “Siyasi partiyalar haqqında” qanunun qüvvəyə minməsi qaydası haqqında Milli Məclisin 3 iyun 1992-ci il 148 saylı qərarıın 5-ci maddəsi ilə Nizamnamələri qeydə alınmış siyasi partiyaların mərkəzi orqanlarının yerləşdirilməsi məsələsinin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR