Gürcan Dağdaş: “Qardaslarımızın torpaqları işğal altında olarkən Ermənistanla sərhədi açmaq türkə yaraşmaz”
- Baş nazirin Vaşinqtona səfərindən sonra prezidentin səfərində də gündəliyə gələn, ancaq heç cür elan edilməyən siyasi kurs izləməkdəyik. ABŞ səlahiyyətli nümayəndələrinin ad çəkmədən PKK terror təşkilatının aradan qaldırılması ilə birlikdə ümumi amnistiyaya (hətta təşkilatın bir çox üzvünün siyasətə qoşulması da daxil olmaqla) işarə edən açıqlamaları var. Hörmətli baş nazirin də, hörmətli prezidentin də bu iddiaları inkar etmək məcburiyyəti hiss etdiklərini görürük. Amma ABŞ nümayəndələrinin danışdıqları şeylər böyük ehtimalla müzakirə olunmuş mövzulardır. Hökumət “peşmançılıq qanunu” deyilən terrorla mübarizə qanununun əhatəsini genişləndirmək istəyir və hörmətli baş nazir dağdakı terrorçulara “ata-ananızın yanına qayıdın” deyir. Bu, ümumi əfvin qoxusunu verən açıqlamalardır ve amerikalılar məsələnin siyasi həllinə vurğu edərkən bunu nəzərə çatdırmağa çalışırlar. Türkiyədə dağa çıxana “ata-ananın yanına qayıt” deyən baş nazirin torpağa düşən şəhidlərə “ata-ananın yanına qayıt” demək imkanı yoxdur. Çünki şəhidlər torpağın altındadır və ailələri qədər biz də onlarla şərəf duyuruq. Vətən üçün şəhid olanları geriyə qaytara bilmiriksə, onaları şəhid edənləri geriyə çağırmaq şəhidlərimizin xatirəsinə böyük hörmətsizlikdir.
- Terror təşkilatına siyasi amnistiyadan söhbət getdiyi bir vaxtda Avropa Birliyi də Cinayət Məcəlləsinin türklüyün təhqir olunmasına görə cəza nəzərdə tutan 301-ci maddəsinin tamamilə ləğv edilməsini istəyir...
- Hazırda sadəcə, PKK-nın lövhəsini aradan qaldırmaq istəyirlər, onun ideologiyasını isə Ankaranın tərəf-müqabil kimi qəbul edə biləcəyi bir vəziyyətə gətirmək niyyətindədirlər. PKK terror təşkilatına qarşı cəmiyyətdə yaranmış qəzəbin soyudulması məqsədilə siyasi oyunların oynandığı bir psixoloji hərb dövrü keçiririk. Terrorçulara əfv, 301-ci maddənin ləğvi, kürd dilində təhsil və digər bu kimi məsələlərin arxasında ABŞ və AB dayanır. Cəmiyyəti bu güzəştlərə hazır vəziyyətə gətirməyə çalışsalar da, biz Milliyyətçi Hərəkat Partiyası olaraq parlamentdə Türkiyənin birlik və bütövlüyünü poza biləcək hər addımın önündə aslanlar kimi duracağıq.
- Türkiyəyə qarşı psixoloji hərbdən və partiyanızın buna qarşı müqavimətindən bəhs etdiniz. Son günlərdə önəmli addımlarınızdan biri də Novruzun rəsmi bayram elan edilməsi ilə bağlı parlamentə təqdim etdiyiniz qanun təklifidir...
- Novruz bu torpağın insanlarının minillər boyu qeyd etdiyi bir ənənədir. Bunu hər hansı təşkilatın öz xalqının bayramı kimi bizə təqdim etməyə çalışmasına son qoymaq üçün dövlət qərarına ehtiyac vardı və biz də bu məqsədlə qanun təklifi vermişik. Novruz bizim bayramımızdır və onu türkün, kürdün birlikdə qeyd edə biləcəyi müştərək platformaya daşımaq lazımdır. Novruzdan öz məqsədləri üçün istifadə etməyə çalışanların qarşısını almaq və bu bayramın öz mahiyyətinə uyğun qeyd edilməsi üçün cəhd göstəririk.
- Yeni il gələn kimi,Qərbdə Türkiyə-Ermənistan sərhədinin açılmasına dair çağırışlar səslənməyə başladı. Onlar iki ölkə arasında ticarət dövriyyəsinin artmasının Türkiyə iqtisadiyyatına da müsbət təsir göstərəcəyini bildirirlər. Siz sərhəd bölgəsindən seçilmiş millət vəkili kimi bu təklifləri necə dəyərləndirirsiniz?
- Ermənistanın büdcəsinə nəzər saldıqda, bu ölkə ilə ticarətimizin bizə ciddi fayda verməyəcəyini görə bilərik. Bu tələblərin arxasında başqa niyyətlər dayanır. Ermənistan beynəlxalq arenada Türkiyəni qatil, cani kimi göstərməyə çalışarkən, qardaş Azərbaycanın torpağını işğal edərkən bizə bu ölkə ilə 3-5 lirəlik ticarət etmək yaraşarmı? Həm bizi söyən, həm də Azərbaycan torpaqlarını qəsb edən, hüquq tanımayan bir dövlətin əlini necə sıxa bilərik? Bu, türkə yaraşmaz və bu addımı atmağa da heç kimin gücü çatmaz. Uzun müddətdən bəri Ermənistanla sərhədin açılmasının Türkiyə iqtisadiyyatına faydası olacağına dair iddialar ortaya atılır, ancaq bunun ictimaiyyət tərəfindən qəbul edilməsi mümkün deyil. Dövlətin də bu tələblərə müsbət cavab verməsi mümkün görünmür. /APA/
Daxili siyasət
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Xəbər Lenti
ABŞ İranda hərbi hədəflərə zərbə endirməyə başlayıb
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
Ağdamda açıq ərazidə başlayan yanğın hələ də davam edir - VİDEO - YENİLƏNİB2
Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
Ukrayna və ABŞ “Patriot” raketlərinin tədarükünün artırılmasını müzakirə edib
Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi haqqında Saziş imzalanıb
Azərbaycanlı jurnalistlər Qırğızıstana media turu çərçivəsində "Kabar" agentliyində olublar - FOTO
Azərbaycanlı jurnalistlər Qırğızıstanın aparıcı dövlət media korporasiyasının işi ilə tanış olublar - FOTO
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib - FOTO
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib
Paşinyan Almaniya kansleri ilə Ukrayna, Yaxın Şərq və Cənubi Qafqazı müzakirə edib
Türkiyənin üç bölgəsində meşə yanğınları baş verib, əhali təxliyə olunur
Tramp: İranın zərbələri nəticəsində İordaniyada ABŞ hərbçilərinin hansı şəraitdə həlak olduğu araşdırılır
Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi qaydası təsdiqlənib
Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı hücum əməliyyatlarının gücləndiriləcəyini bildirib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Göygöldə Milli Mətbuat Günü qeyd olunub, APA-nın əməkdaşı təltif edilib
Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat başlanır
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Ermənistanda müxalifət liderlərindən Andranik Tevanyanın həbs müddəti daha iki ay uzadılıb
22 iyul – Milli Mətbuat Günü ilə əlaqədar Fəxri xiyaban ziyarət edilib - FOTO
Vətəndaşlar artıq “mygov” üzərindən vəkil və bank etibarnaməsi verə biləcəklər
Diplomatiyanın səssiz dili: Azərbaycan Avropaya açılan yeni strateji qapıdır - Berlin təəssüratları
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb - FOTO
Özbəkistan Baş prokuroru Kəlbəcər və Gəncədə olub
Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil
“Neftçi” və “Qarabağ”ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək
SEPAH ABŞ-nin İordaniyadakı bazalarına hücum edib, ölən və yaralananların olduğu bildirilir
İRNA: Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır