Bank Of Baku

Zaqatala Dairə Seçki Komissiyasında seçici siyahılarının dəqiqləşdirilməsinə start verilib

Zaqatala Dairə Seçki Komissiyasında seçici siyahılarının dəqiqləşdirilməsinə start verilib
# 11 yanvar 2008 14:20 (UTC +04:00)
110 saylı Zaqatala Dairə Seçki Komissiyasında (DSK) seçici siyahılarının dəqiqləşdirilməsinə start verilib. DSK sədri Fikrət Mustafayevin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar dairə ərazisində olan 41 məntəqə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi üçün hazırlıq işləri artıq başa çatıb. Yanvarın 14-dən isə seçici siyahılarının rəsmən dəqiqləşdirilməsinə başlanılacaq. Seçici siyahılarının dəqiqləşdirilməsinin 5 kateqoriya üzrə həyata keçiriləcəyini vurğulayan komissiya sədri prosesin 1 ay ərzində yekunlaşacağını bildirib.
/APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR