Bank Of Baku

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri qurumun qış sessiyası ərəfəsində görüş keçirəcəklər

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçiləri qurumun qış sessiyası ərəfəsində görüş keçirəcəklər
# 11 yanvar 2008 14:32 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova qurumun qış sessiyası ərəfəsində görüşəcəklər. Bu barədə APA-ya Y. Jivkova məlumat verib. O, Azərbaycanla bağlı görüləcək işləri müzakirə edəcəklərini bildirib. Bolqarıstanlı parlamentar 21-25 yanvar tarixlərində keçiriləcək qış sessiyasının gündəliyində Azərbaycana aid məsələnin olmadığını xatırladıb. Buna baxmayaraq, həmməruzəçilər Azərbaycan haqqında hesabat hazırlanmasının lazım olub-olmadığını müzakirə edəcəklər. Y. Jivkova fevral-mart aylarında Azərbaycana gəlməyi düşündüklərini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR