Bank Of Baku

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri ABŞ Konqresinin Azərbaycan dostluq qrupunun həmsədri ilə görüşüb

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri ABŞ Konqresinin Azərbaycan dostluq qrupunun həmsədri ilə görüşüb
# 11 yanvar 2008 14:38 (UTC +04:00)
Bu gün Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ABŞ Konqresinin Azərbaycan dostluq qrupunun həmsədri Bill Şuster, konqresmenlər Con Poter, Fin İnqliş və Şelli Mor Kapito ilə görüşüb. ADİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, regional əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə edilib. Həmçinin, Azərbaycan parlamenti ilə ABŞ Konqresi arasında əlaqələrin gücləndirilməsinə də diqqət yetirilib. A. Mollazadə Azərbaycandakı ictimai-siyasi vəziyyət, növbəti prezident seçkiləri, Dağlıq Qarabağ münaqişəsi və rəhbərlik etdiyi partiya barədə konqresmenlərə məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR