Bank Of Baku

Sərdar Cəlaloğlu ilə bağlı məhkəmə prosesi gələn həftə yekunlaşacaq

Sərdar Cəlaloğlu ilə bağlı məhkəmə prosesi gələn həftə yekunlaşacaq
# 11 yanvar 2008 15:14 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara uyğun olaraq Nəsimi rayon Məhkəməsində başlamış məhkəmə prosesi bu gün tərəflərin çıxışları ilə davam etdirilib. S. Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, iclasda onunla yanaşı, vəkili, Daxili İşlər Nazirliyi və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri çıxış ediblər. Prokurorun çıxışı isə gələn həftə olacaq və hakimlərin qərarı ilə prosesə yekun vurulacaq. S. Cəlaloğlu prosesin bu vaxta kimi ədalətli aparıldığını, məhkəmədən ədalətli qərar gözlədiyini bildirib.
Qeyd edək ki, S. Cəlaloğlu 15-16 oktyabr hadisələri ilə bağlı həbs edilərək işgəncələrə məruz qalması ilə bağlı Avropa Məhkəməsinə müraciət edib və məhkəmə işin Azərbaycanda yenidən araşdırılması barədə qərar verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR