Bank Of Baku

20 Yanvar faciəsinin ildönümü Rusiya, Ukrayna və Gürcüstanda da qeyd olunacaq

20 Yanvar faciəsinin ildönümü Rusiya, Ukrayna və Gürcüstanda da qeyd olunacaq
# 11 yanvar 2008 15:15 (UTC +04:00)
20 Yanvar faciəsinin 18-ci ildönümü münasibətilə Gürcüstanda tədbirlər keçiriləcək. Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov APA-ya açıqlamasında bildirib ki, yanvarın 20-də Tiflisdə faciəni əks etdirən foto-sərgi təşkil olunacaq, sənədli filmlər nümayiş etdiriləcək. Bundan başqa, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində də analoji tədbirlər keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) 1-ci Dairə İdarəsinin rəisi Şakir Səlimov APA-ya açıqlamasında bildirib ki, 20 Yanvar faciəsinin ildönümü münasibətilə Rusiyanın paytaxtı Moskvada, habelə İvanovo və Surqut şəhərlərində də tədbirlər keçirilməsi nəzərdə tutulur. Həmin tədbirlər Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə təşkil olunacaq. Ş. Səlimov XÖYAİDK-nın iştirakı ilə Ukraynanın paytaxtı Kiyevdə də 20 yanvar faciəsinin ildönümünün qeyd olunacağını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR