Bank Of Baku

Kanada jurnalı “dondurulmuş münaqişələr”in yenidən alovlana biləcəyini yazıb

Kanada jurnalı “dondurulmuş münaqişələr”in yenidən alovlana biləcəyini yazıb
# 11 yanvar 2008 15:32 (UTC +04:00)
Kanadada nəşr olunan “Globe and Mail” jurnalı Şərqi Avropa və Qara dəniz regionunda vəziyyətin kəskinləşdiyini yazıb. APA-nın məlumatına görə, jurnal Kosovo albanlarının qarşıdaki üç ay ərzində birtərəfli şəkildə müstəqilliklərini elan etməyə hazırlaşdıqlarını xatırladıb: ”Abxaziya və Dnestryanı bölgələr həyəcanla Kosovoda baş verənləri izləyir. Moskva prezident Saakaşvili və gürcülərin NATO-ya girmək istəyən 62 faizinə qarşı müxalifəti dəstəkləyir. Rusiyanın iqtisadi şantajı ilə üz-üzə qalan Polşa ölkədə ABŞ antiraket qalxanının yerləşdirilməsini müzakirə edir”. Kanada nəşri yazıb ki, NATO-nun Buxarest sammitində alyans regionun qalan hissəsini də ələ keçirmək üçün çox aqressiv addımlar atacaq və bu baxımdan Qara dənizin o biri tayında yerləşən Gürcüstanın təşkilata qəbul edilməsi çox böyük əks-səda doğura bilər: ”Gürcüstan, Azərbaycan və Moldovadakı ”dondurulmuş münaqişələr”in yarısı bu il yenidən alovlana bilər. 1992-ci ildə erməni və Azərbaycan qüvvələri arasında baş verən müharibədə 35 min nəfər ölüb və yüz minlərlə insan 1994-cü ildə imzalanmış atəşkəsə qədər doğma yurdlarını tərk etməyə məcbur olub. Ərazi Azərbaycanın tərkib hissəsi olaraq qalır, amma erməni qüvvələri tərəfindən nəzarət edilir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR