Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı üç şikayətə baxılacaq

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanla bağlı üç şikayətə baxılacaq
# 12 yanvar 2008 08:48 (UTC +04:00)
O, Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci paraqrafı (ədalətli mühakimə olunmaq hüququ) üzrə iddia qaldırıb. 4439/04 saylı ikinci dinləmə 1947-ci il təvəllüdlü Bakı sakini İsmayıl Əsgər oğlu İsmayılovun iddiası ilə bağlı olacaq. O, 6-cı (ədalətli mühakimə olunmaq hüququ), 11-ci (toplaşmaq və birləşmək azadlığı), 13-cü (tam bəraət hüququ) maddələr üzrə iddia qaldırıb. 21674/05 saylı üçüncü dinləmə Bakı sakini, 1949-cu il təvəllüdlü Natalya Onufriyevna Rəhimovanın iddiası ilə bağlı olacaq. O, 6-cı (ədalətli mühakimə olunmaq hüququ), 8-ci (özəl həyata və ailə həyatına hörmət), 13-cü (tam bəraət hüququ) maddələri, eləcə də 1 saylı protokolun 1-ci maddəsi (mülkiyyətin qorunması hüququ) üzrə iddia qaldırıb.
Qeyd edək ki, yanvarın 17-də Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, İtaliya, Yunanıstan, Xorvatiya, Bolqarıstan, Norveç və Rumıniyadan daxil olmuş şikayətlərə də baxılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR