Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti mitinqlər və küçə yürüşləri üçün müəyyənləşdirilmiş yerləri dəyişməyib

Bakı şəhər İcra Hakimiyyəti mitinqlər və küçə yürüşləri üçün müəyyənləşdirilmiş yerləri dəyişməyib
# 12 yanvar 2008 09:57 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) yaxın vaxtlarda bir neçə ictimai təşklatın kütləvi aksiyaların keçirilməsi üçün şəhər rəhbərliyi tərəfindən ayrılmış yerlərin siyahısının açıqlanması ilə bağlı müraciətinə cavab verəcək. BŞİH-nin siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, kütləvi tədbirlər üçün ayrılmış yerlərin siyahısına hər hansı dəyişiklik edilməyib. Onun sözlərinə görə, 2006-cı ildə mitinqlər üçün 4, küçə yürüşləri üçün 3 yer müəyyənləşdirilib. Mitinqlər üçün “Nefçilər” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionu, Rüstəm Rüstəmov küçəsindən Heydər Əliyev adına Bakı neft emalı zavoduna doğru gedən yoldakı meydan, Ukrayna meydanı, “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionu ayrılıb. Küçə yürüşləri üçün isə metronun “Neftçilər” stansiyası yanından (Dakar meydanından) başlayaraq Rüstəm Rüstəmov küçəsindən keçməklə Heydər Əliyev adına Bakı neft emalı zavodunun yaxınlığındakı meydana qədər 1600 metrlik məsafə, metronun “Həzi Aslanov” stansiyasının yanından başlayaraq Məhəmməd Hadi kuçəsindən keçməklə Ukrayna meydanınadək 1200 metrlik məsafə və Səttar Bəhlulzadə adına meydandan “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionunadək 1000 metrlik məsafə müəyyənləşdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR