Bank Of Baku

Sərdar Cəlaloğlu: “Hazırkı şərtlər daxilində vahid seçki blokunun yaradılması mümkün deyil”

Sərdar Cəlaloğlu: “Hazırkı şərtlər daxilində vahid seçki blokunun yaradılması mümkün deyil”
# 12 yanvar 2008 10:43 (UTC +04:00)
“Prezident seçkiləri ərəfəsində Azərbaycan müxalifətinin vahid blok yaratması mümkün deyil. Çünki hazırda müxalifət partiyalarının seçkilərlə bağlı vahid fikri yoxdur, iki mövqe mövcuddur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, hazırda müxalifət partiyalarının bir qismi seçkilərdə iştirakın, digər qismi isə boykotun əleyhinədir. Bu fikir ayrılığının müxalifəti iki böyük cəbhəyə böldüyünü deyən partiya sədri hesab edir ki, hər iki cəbhə öz mövqeyini müəyyən arqumentlərlə izah edir: “Müsavat Partiyası, ümumiyyətlə, vahid namizəd məsələsinin gündəmdən çıxarılmasını tələb edir. Bir halda ki, müxalifət seçkidə iştirakla bağlı yekdil fikrə gələ bilmir, o zaman vahid namizəd məsələsi gündəmdən çıxır. Təbii ki, ayrı-ayrı namizədlər seçkilərdə iştirak edəcəksə, bu zaman hər hansı vahid seçki bloklarından yox, seçkiqabağı ayrı-ayrı yeni blokların yaranması barədə danışa bilərik. Vahid seçki blokunun yaradılması hazırkı şərtlər daxilində mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR