Bank Of Baku

Piter Semnebi: “Həlli uzanan münaqişələr Cənubi Qafqaz regionunda sabitliyin yaranmasına mane olur”

Piter Semnebi: “Həlli uzanan münaqişələr Cənubi Qafqaz regionunda sabitliyin yaranmasına mane olur”
# 14 yanvar 2008 10:05 (UTC +04:00)
“Həlli uzanan münaqişələr Cənubi Qafqaz regionunda sabitliyin yaranması və əhali üçün pozitiv dəyişikliklərin həyata keçirilməsinə mane olur”. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda “Genişləndirilmiş Qara dəniz regionu: beynəlxalq və regional təhlükəsizliyin perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib. O bildirib ki, iqtisadi inkişafa baxmayaraq, bölgədə problemlər və qarşıdurmalar qalır. P. Semnebi Rusiya ilə Gürcüstan, Ermənistanla Türkiyə və Azərbaycan arasındakı sərhədlərin bağlı qalmasının regionun potensialından istifadə olunmasını əngəllədiyini söyləyib.
Qeyd edək ki, konfrans NATO, ATƏT və Niderland səfirliyinin dəstəyi ilə Beynəlxalq iqtisadi araşdırmalar üzrə Ermənistan qrupu tərəfindən təşkil olunub. Konfransda Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna, Yunanıstan, Bolqarıstan və Rumıniyadan olan qonaqlar iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR