Bank Of Baku

Azərbaycan və Yaponiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Yaponiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək
# 14 yanvar 2008 10:12 (UTC +04:00)
Fevralın 26-27-də Tokioda Azərbaycan və Yaponiya xarici işlər nazirlikləri arasında məsləhətləşmələr keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib. Məsləhətləşmələrdə iki ölkə arasındakı qarşılıqlı münasibətlərin geniş spektri, o cümlədən iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yığıncağının yekunları müzakirə ediləcək. GUAM-Yaponiya formatı üzrə əməkdaşlıq və bu formatda üçüncü görüşün keçirilməsini də diqqət mərkəzində olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR