Bank Of Baku

Xəzər İbrahim: “Həmsədrlər işğal olunmuş ərazilərə gedərkən ilk növbədə Azərbaycan hökumətindən icazə alırlar”

Xəzər İbrahim: “Həmsədrlər işğal olunmuş ərazilərə gedərkən ilk növbədə Azərbaycan hökumətindən icazə alırlar”
# 14 yanvar 2008 11:54 (UTC +04:00)
“ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çalışdıqlarından, bölgəyə səfərləri zamanı onların təmas xəttini hansı istiqamətdən keçmələri mübahisə doğurmur”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, həmsədrlər işğal olunmuş ərazilərə gedərkən ilk növbədə Azərbaycan hökumətindən icazə alırlar: “Digər rəsmilər və xarici ölkə təmsilçilərinin isə işğal altındakı ərazilərə Azərbaycanın nəzarəti altında olan ərazilərdən keçməsi məsələsi çox ciddi qoyulur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR