Bank Of Baku

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin tarixçəsini Vardan Oskanyanın yadına salıb

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin tarixçəsini Vardan Oskanyanın yadına salıb
# 14 yanvar 2008 12:31 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsi 1987-ci ilin sonlarında Ermənistanda azərbaycanlılara qarşı hücumlardan, 1988-ci ilin yanvarında Əsgəranda iki azərbaycanlı gəncin qətlə yetirilməsindən, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Şurasının vilayətin Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi haqqında qanunsuz qərarından başlanıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın Dağlıq Qarabağ münaqişəsinin Sumqayıt hadisələrindən sonra başladığı barədə bəyanatına münasibət bildirən X. İbrahim son vaxtlar Ermənistan rəhbərliyinin reallıq hissini itirdiyini söyləyib: “Ola bilsin ki, bu, Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlıdır”. Diplomat hətta Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Şurasının məlum qərarının Ermənistan XİN-in saytında yerləşdirildiyini də bildirib. Sumqayıt hadisələri isə bu qərardan sonra - fevralın 26-28-də baş verib. X. İbrahim əlavə edib ki, Ermənistan tərəfinin bu cür mövqeyini davam etdirməsi danışıqlar prosesinə müsbət təsir göstərməyəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR