Bank Of Baku

Ədalət Partiyasında prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb

Ədalət Partiyasında prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb
# 14 yanvar 2008 13:23 (UTC +04:00)
Ədalət Partiyasında bu il keçiriləcək prezident seçkilərində iştirakla bağlı fikir ayrılığı yaranıb. Sədr müavini Mütəllim Rəhimlinin APA-ya verdiyi məlumata görə, rəhbərliyin bir hissəsi hesab edir ki, partiya prezidentliyə İlyas İsmayılovun namizədliyini irəli sürməlidir, digər hissə isə seçkilərdə iştirakın əleyhinədir. M. Rəhimli seçkilərdə iştirak edib-etməyəcəklərinin siyasi mühitdən asılı olacağını bildirib: “Biz siyasi situasiyanın aydınlaşmasını gözləyirik. Seçki kampaniyasına start verilənə qədər konkret qərarımız olacaq”. M. Rəhimli deyib ki, Ədalət Partiyası bloklara qoşulmamaqla bağlı qərar qəbul etdiyindən, seçkilər ərəfəsində bloklaşma prosesində iştirak etməyəcək. O, blok yaradılması üçün bəzi partiyaların onlara müraciət etdiyini, ancaq bu təklifləri rədd etdiklərini açıqlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR