Bank Of Baku

Riçard Luqar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvləri ilə görüşüb

Riçard Luqar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvləri ilə görüşüb
# 14 yanvar 2008 13:34 (UTC +04:00)
Azərbaycanda səfərdə olan ABŞ Senatının üzvü Riçard Luqar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyanın sədri Səməd Seyidov Azərbaycanın çox çətin və mürəkkəb regionda yerləşdiyini vurğulayaraq, ölkənin sürətlə Qərb dünyasına inteqrasiya olunduğunu bildirib: “Milli Məclis bir sıra beynəlxalq konvensiyaları təsdiqləyir, ölkə qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırır. Ölkəmizdə dini tolerantlıq hökm sürür. Yaxın günlərdə Bakıda katolik kilsəsinin açılacağını buna bariz nümunə kimi göstərmək olar”.
R. Luqar isə Azərbaycanın mükəmməl xarici siyasət həyata keçirdiyini və ABŞ-ın bu siyasəti dəstəklədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR