Bank Of Baku

ADP Ali Məclisi prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək

ADP Ali Məclisi prezident seçkiləri ilə bağlı qərar qəbul edəcək
# 14 yanvar 2008 14:27 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin fevralın 16-da keçiriləcək toplantısında prezident seçkiləri ilə bağlı qərar qəbul ediləcək. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, məsələ İdarə Heyətinin bu gün keçirilən iclasında müzakirə olunub. Müzakirənin İdarə Heyətinin Bakı təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçiriləcək növbəti genişləndirilmiş toplantısında davam etdirilməsi nəzərdə tutulub. İH-nin üzvləri Milli Məclisdə müzakirəsi davam etdiriləcək “Təhsil haqqında” qanun layihəsinə də diqqət yetiriblər. ADP rəhbərliyi hesab edir ki, bu qanun təhsilin demokratikləşməsinə xidmət etməlidir. Partiya qanundan bəzi müddəaların çıxarılmasını vacib sayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR