Bank Of Baku

İsa Qəmbər: “Vahid namizədin müəyyənləşməsi bizim üçün aktual deyil”

İsa Qəmbər: “Vahid namizədin müəyyənləşməsi bizim üçün aktual deyil”
# 14 yanvar 2008 14:58 (UTC +04:00)
Daimi məsləhətləşmələr keçirən AMİP, Müsavat, ADP, Tərəqqi Partiyası və “Azərbaycan Naminə” İctimai Forum prezident seçkiləri ərəfəsində vahid namizəd müəyyənləşdirmək üçün müzakirələrə başlaya bilər. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov deyib. O bildirib ki, hazırda İsa Qəmbər və Eldar Namazov öz iddialarını ortaya qoyublar, AMİP isə Etibar Məmmədovun namizədliyini irəli sürmək fikrindədir. İndiki mərhələdə belə müzakirənin nəzərdə tutulmadığını söyləyən Ə. Orucovun fikrincə, seçki ərəfəsində bu məsələ aktuallaşacaq: “Ümumilikdə bu siyasi qüvvələrin seçkiyə komanda şəklində getməsi mümkün sayılır. Biz çalışırıq ki, müxalifət seçkilərə maksimum az namizədlə getsin. Bu məsələdə optimistik və düşünürük ki, seçki ərəfəsində müxalifətin güc mərkəzini formalaşdırmaq mükün olacaq”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bəyan edib ki, vahid namizədin müəyyənləşdirilməsi rəhbərlik etdiyi siyasi qüvvə üçün aktual deyil: “Müsavat hazırda mövcud hakimiyyətə qarşı mübarizə aparır və hakimiyyətin mümkün qədər seçki yolu ilə dəyişməsinə çalışır. Həm partiya daxilində, həm də müttəfiqlər və digər siyasi qüvvələrlə bu istiqamətdə müzakirələr aparılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR