Bank Of Baku

Mehriban Əliyeva İSESCO-nun bu ilin martında Mərakeşdə keçiriləcək konfransında iştirak edəcək

Mehriban Əliyeva İSESCO-nun bu ilin martında Mərakeşdə keçiriləcək konfransında iştirak edəcək
# 14 yanvar 2008 15:23 (UTC +04:00)
Bu ilin martında İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının (İSESCO) Mərakeşdə yerləşən baş ofisində təşkilata üzv ölkələrin konfransı keçiriləcək. İSESCO-nun Elm Departamentinin direktoru Faiq Bilal APA-ya bildirib ki, konfrans orta təhsil və elm məsələlərinə həsr olunacaq. Görüşdə Azərbaycan Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edəcək. Departament direktoru onu da bildirib ki, bu ilin oktyabrında Bakıda təşkilata üzv ölkələrin elm və ali təhsilə həsr olunmuş konfransı keçiriləcək. Bu tədbir İSESCO-ya üzv ölkələrin təhsil nazirləri səviyyəsində təşkil olunacaq. F. Bilal onu da əlavə edib ki, hər iki konfransda təhsil müəssisələrinin avadanlıq və texnika ilə komplektləşdirilməsi məsələsi də müzakirə mövzusu olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR