Bank Of Baku

Riçard Luqar söz azadlığını təkcə Azərbaycanda deyil, bütün dünyada dəstəklədiyini bəyan edib

Riçard Luqar söz azadlığını təkcə Azərbaycanda deyil, bütün dünyada dəstəklədiyini bəyan edib
# 14 yanvar 2008 16:21 (UTC +04:00)
“Jurnalistlərin həbsi və insanların sərbəst toplaşmasının əngəllənməsi yolverilməzdir. Mən əfv fərmanı imzaladığına və bunun nəticəsində bir neçə jurnalistin azadlığa buraxılmasına görə prezident İlham Əliyevə minnətdarlığımı çatdırdım”. APA-nın məlumatına görə, bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqar deyib. R. Luqar İ. Əliyevlə ötən ilin noyabrında Tiflisdə baş verənləri də müzakirə etdiyini söyləyib: “Mən bildirdim ki, Saakaşvili hakimiyyətinin insanların sərbəst toplaşmaz azadlığının qarşısını alması düzgün hərəkət deyil”. 2005-ci ilin noyabrında Azərbaycan keçirilmiş parlament seçkisinə toxunan R. Luqar bir çox müşahidəçilərin həmin seçkidə tərəqqiyə nail olunması ilə yanaşı, müəyyən problemlərin mövcudluğunu qeyd etdiklərini də diqqətə çatdırıb: “Ümidvaram ki, Azərbaycan hakimiyyəti dünyanın digər hissəsinin onun ölkəsi haqqında nə düşündüyünü nəzərə alacaq və bu ilin oktyabrında keçiriləcək prezident seçkisində buna uyğun addımlar atacaq”. Media azadlığı ilə bağlı məsələlərə toxunan senator söz azadlığını təkcə Azərbaycanda deyil, bütün dünyada dəstəklədiyini diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR