Bank Of Baku

Robert Simmons: “NATO Qara dəniz regionundakı münaqişələrin həllinə dəstək verməyə hazırdır”

Robert Simmons: “NATO Qara dəniz regionundakı münaqişələrin həllinə dəstək verməyə hazırdır”
# 14 yanvar 2008 16:24 (UTC +04:00)
NATO Qara dəniz regionundakı münaqişələrin həllinə dəstək verməyə hazırdır. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons İrəvanda “Genişləndirilmiş Qara dəniz regionu: beynəlxalq və regional təhlükəsizliyin perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına onlayn-müraciətində deyib. O bildirib ki, NATO münaqişələrin həlli prosesində iştirak etməsə də, dövlətlər ümumi razılığa gələrək öz problemlərini həll etməyə nail olacaq: “Ümid edirəm ki, NATO Qara dəniz regionunda münaqişələrin həlli prosesinə öz töhfəsini verə biləcək”. R. Simmonsun sözlərinə görə, regional problemlərin həlli üçün bölgə ölkələri arasında əməkdaşlığın inkişafı, enerji probleminin həlli və ticarət dövriyyəsini həcmini artırılması vacibdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR