Bank Of Baku

Müsavat Partiyası Məclisinin növbəti iclası yanvarın 27-də keçiriləcək

Müsavat Partiyası Məclisinin növbəti iclası yanvarın 27-də keçiriləcək
# 15 yanvar 2008 09:30 (UTC +04:00)
Müsavat Partiyası (MP) Məclisinin növbəti iclası yanvarın 27-də keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, mərkəzi qərargahda keçiriləcək iclasda MP-nin təşkilati strukturunun möhkəmləndirilməsi, seçki kampaniyasına hazırlığın vəziyyətinin müzakirə olunması və seçki prosesinin təşkili istiqamətində müəyyən qərarların qəbul edilməsi nəzərdə tutulub. Məclisdə müzakirə ediləcək əsas məsələ oktyabrda keçiriləcək prezident seçkisi ilə bağlı olacaq. Bundan başqa, partiyanın 2008-ci il fəaliyyət istiqamətləri müəyyənləşəcək. Qeyd edək ki, Məclisin iclası iki dəfə təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR